Sentyabrın 15-də Ağdamda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Apasport.az xəbər verir ki, bunu ACF-nin mətbuat xidməti açıqlayıb.
İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
İmtahan Quzanlı qəsəbəsindəki Ağdam Olimpiya İdman Kompleksində təşkil olunacaq.
- Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər
- Türkiyə Çexiya matçının start heyətləri açıqlandı
- UEFA mövsümün futbolçusu və baş məşqçisi adına namizədləri açıqladı
- Premyer Liqada mövsümün rekordu təkrarlandı
- "Liverpul" "Sportinq"in çalışdırıcısı Amorim üçün yarışa liderlik edir