Avropa çempionatının ikinci günündə ikinci qızıl medal
06.09.2024 - 17:30
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı da aktivinə yazdırıb.
Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
- Fariz Nəcəfov: “Komandanın əsas sütununu qorumağa çalışacağıq” - MÜSAHİBƏ
- Bellinqem “El-Klasiko”da oynayacaq
- Azərbaycan çempionatına start verildi
- Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başladı
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
0
0