Avropa Cüdo Ümidləri turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026 - 21:52
Avropa Cüdo Ümidləri turnirinin püşkatma mərasimi keçirilib

İyulun 24-də Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib. 

Apasport.az xəbər verir ki, tədbirdə Avropa Cüdo Birliyinin baş idman komissarı Sergey Oleynik, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkio iştirak edib. 

Qeyd edək ki, beynəlxalq yarışda 10 ölkəni təmsil edən 81 klubun 289 idmançısı (245 oğlan, 44 qız) mübarizə aparacaq. U-14 və U-16 yaş kateqoriyalarında keçirilən turnirdə 30 çəki dərəcəsində medalçılar müəyyənləşəcək.