Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 4 medal qazanıb
18.11.2025 - 18:13
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələniblər.
Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafata sahib çıxıb.
Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.
- Bu gün Yüksək Liqasında III turun oyunları keçiriləcək
- “Fənərbaxça”dan transfer bombası - Mourinyo həmyerlisini istəyir
- Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Portuqaliya - Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub
0
0