Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 3 medal qazanıb
03.02.2025 - 01:14
1-2 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun verilib.
Apasport.az xəbər verir ki, turnirdə cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.
Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.
İlk yarış günü (66 kq) çəkidə Ruslan Paşayev qızıl, (73 kq) çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.
İkinci yarış günündə (81 kq) çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.
- Fanatları sürpriz gözləyir: "Sabah" - "Neftçi"nin biletləri satışda
- Gənc müdafiəçi Almaniya klubunda
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi
- “Trabzonspor”dan xal itkisi, “Antalyaspor”dan qələbə
- U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub
0
0