Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb
05.11.2025 - 11:18
Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında millimizin medal sayı 3-ə çatıb.
Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.
Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülmüşdü.
- Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB
- “Neftçi”nin gözü Macarıstan millisinin futbolçusunda
- “Mançester Siti” Uolkerə yeni müqavilə göndərdi
- Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçisi üzrə namizədlər açıqlanıb
- "Difai"dən əzmkar geridönüş, "Qəbələ” liderliyə yüksəldi, - YENİLƏNİB
0
0