Azərbaycanlı hakim Avropa çempionatında
21.04.2026 - 12:22
Azərbaycanlı hakim Avropa çempionatında

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında ədalət təmsilçiləri sırasında yer alıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, təcrübəli hakim nüfuzlu yarışda ölkəmizi təmsil edir.