
Azərbaycan Deflimpiya Komitəsi (ADK) və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsinin yoxlanışı həyata keçirilib.
Apasport.az xəbər verir ki, yoxlanış prosesinə Azərbaycan millisinin texniki-taktiki hazırlıq üzrə yaponiyalı məşqçisi Kotora Sasaki, cüdo ixtisası üzrə bakalavr təhsil proqramının rəhbəri, britaniyalı Mayk Kallan və ACF-nin Təhsil şöbəsinin mütəxəssisi Orxan Səfərov rəhbərlik ediblər.
Texniki yoxlanış zamanı idmançıların hazırlıq səviyyəsi təhlil olunub, yarış öncəsi texniki tapşırıqlar üzrə praktik məşqlər həyata keçirilib. Proses zamanı cüdoçuların texniki bacarıqları qiymətləndirilib, onlara inkişaf məqsədilə yeni üsul və texnikalar öyrədilib.
Yoxlanışın əsas məqsədlərindən biri də idmançıların mövcud bacarıqlarını təkmilləşdirməklə yanaşı, onlara beynəlxalq səviyyədə tətbiq olunan müasir yanaşmaları aşılamaq olub. Bu çərçivədə müdafiə və hücum texnikaları, tarazlıq və koordinasiya üzərində xüsusi olaraq dayanılıb, həmçinin fərdi yanaşma əsasında praktiki göstərişlər verilib.
- Avropa Oyunları: Yığmamız yarışı ikinci pillədə bitirdi - SİYAHI
- Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək
- Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...
- DÇ: “Borussiya”dan heç-heçə, “River Pleyt”dən inamlı qələbə - YENİLƏNİB
- Hüseyn Məhəmmədov: "Neftçi"nin legioner qapıçıya ehtiyacı yoxdur" - Müsahibə