Beynəlxalq Cüdo Federasiyasının Bakıda seminarları davam edir
                    
                    14.08.2025 - 18:19
                        
                    
                    Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” seminarları davam edir.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Məşğələlər ACF-nin Təlim-Məşq Mərkəzində keçirilir.
BCF Akademiyasının ekspertləri iştirakçılara “nage-no-kata”nın nəzəri əsaslarını, texniki icra qaydalarını və tədris metodikasını öyrədir.
                                
                                0
                                
                                0