Cüdo mütəxəssisləri Qubada seminar keçirəcəklər
20.07.2025 - 14:57
Cüdo mütəxəssisləri Qubada seminar keçirəcəklər

Yaponiyada təhsil almış azərbaycanlı cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunacaq.

Apasport.az xəbər verir ki, seminarlar Orxan Səfərov, Asiman Allahverdiyev və yunan ekspert Corc Buntakis tərəfindən keçiriləcək.

İyunun 22-dəki seminar Quba Olimpiya İdman Kompleksində baş tutacaq.