Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
15.07.2026 - 12:24
İyulun 17-də Abşeron olimpiya idman kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 45 klub və idman cəmiyyətini təmsil edən 281 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu, kişilər arasında liqa yarışının son turudur. Yekun nəticələrə əsasən idmançıların reytinq siyahısı formalaşacaq.
0
0