Cüdo üzrə millimiz İslam Oyunlarında daha bir medal qazanıb
09.11.2025 - 20:38
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, +100 kq çəki dərəcəsində həmyerlimiz Uşanqi Kakauri bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Təmsilçimiz həlledici görüşdə misirli rəqibi Mohamed Masoud Aborakianı məğlub edərək daha bir bürünc medalı aktivimizə yazdırıb.
- “Ayaks” "Qarabağ"la görüşə “Neftçi”nin bazasında hazırlaşacaq
- Nigeriya millisində yeni baş məşqçi
- Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"
- “Barselona” yox olsun” – “Real”da prezidentliyə namizəddən sərt açıqlama
- Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb
0
0