Cüdoçularımız Avropa Kata turnirində iştirak edəcəklər
10.05.2024 - 23:02
Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsini sınayacaq.
Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov - uke
- Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar bəlli olub
- "Azərreyl" və "Abşeron"dan qələbə
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək
- "Sabah"ın yarımmüdafiəçisi Özbəkistan millisinə dəvət alıb
0
0