Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk gününü medalsız başa vurublar.
Apasport.az xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Əhməd Yusifov (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.
Leyla Əliyeva (48 kiloqram) isə bir mərhələ keçə bilib. O, türkmənistanlı Kurbanay Kurbanovaya qalib gəlsə də, 1/16 finalda ispaniyalı Laura Martineslə bacarmayıb.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
- FİFA reytinqi: Millimiz mövqeyini qorudu
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”
- "Sabah" Azərbaycan çempionatlarında 250 qol vurub
- Mauro İkardi: “Mənim üçün çox darıxacaqsınız”