Cüdoçularımız Las-Veqasda mübarizəyə başlayır
04.11.2024 - 21:51
Bu gün Las-Veqasda keçiriləcək veteranların dünya çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, yarışda rekord sayda - 68 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.
ABŞ-da 1500-ə yaxın veteran idmançı öz gücünü yoxlayacaq. Azərbaycan yığmasının heyətində 25 cüdoçu yer alıb. Onlar arasında 11 qat dünya və 10 qat Avropa çempionu Fərhad Rəcəbli də var. Qadınlarda isə tanınmış idmançı Zülfiyyə Hüseynova yarışacaq.
Qeyd edək ki, çempionata noyabrın 11-də yekun vurulacaq.
- “Fatih Karagümrük” 4 qolla qalib gəldi
- Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib
- “Jelezniçar”ın baş məşqçisi: “Neftçi” güclü rəqibdir"
- Azarkeşlər Serbiya klubunun baş məşqçisinə hücum ediblər - FOTO
- Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ
0
0