Cüdoçularımız mübarizəyə start verir
21.03.2025 - 10:16
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turniri start götürür.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.
Kişilər arasında Murad Muradlı (60 kq), Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- "Abşeron Lions" Kipr klubunu məğlub edib
- “Barsa” ispaniyalı qolkiperlə maraqlanır
- Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istədiyim heç kimə sirr deyil" - Müsahibə
- Kizdən sensasiya, Sobolenko finalda məğlub oldu
0
0