Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 161 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- İspaniya Futbol Federasiyasının yeni prezidenti məlum oldu
- Azərbaycan Avropa çempionatında 13 cüdoçu ilə təmsil olunacaq
- Zaur Axundov istefa verdi, legioner limiti və əvəzetmə sayı dəyişdi
- Muxtar Respublika təmsilçisi "Sumqayıt"a qarşı
- “Araz-Naxçıvan”ın futzalçısı: “Çalışacağıq ki, markanın şöhrətini geri qaytaraq”