Cüdoçumuz Avropa çempionu olub
09.11.2024 - 23:12
Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.
Millimiz bu gün 1 medal qazanıb.
55 kq çəki dərəcəsində Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.
Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.
- III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşib
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
- Çempionlar Liqası matçları bu kanallarda
- Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq
0
0