Cüdoçumuz “Böyük Dəbilqə”də çempion oldu
07.02.2026 - 21:43
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
- Niderland çempionatında qalmaqal: Oyunu 12 nəfərlə davam etdirdilər
- "Fənərbaxça" kapitanı ilə müqavilə yenilədi
- Pike Messini dünya çempionluğu münasibəsilə təbrik etməyib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Portuqaliyanın U-17 yığması tarixində ilk dəfə dünya çempionu olub
0
0