
Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində birincilik uğrunda Vüqar Talıbovla Elcan Hacıyev qarşılaşıb.
Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub.
+100 kq çəkidə digər cüdoçumuz Camal Qamzatxanov finalda tacikistanlı Temur Rahimovla üz-üzə gələcək.
Bürünc medal uğrunda mübarizədə isə Kənan Nəsibov (+100 kq) Özbəkistan təmsilçisi Utkirbek Turoboyevlə görüşəcək.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı Balabəy Ağayev (60 kq) artıq qızıl medal qazanıb.
- Millətlər Liqası: Yığmamız son matçında qələbə qazandı – qrupda ikinci yer
- AFFA lisenziyalaşdırma ilə bağlı imtahan keçirib
- "Bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq" - "Neftçi"dən bəyanat
- "Barselona" mərkəz müdafiəçisi ilə müqavilə yeniləyəcək
- AFFA Rauf Allahverdiyevi milliləşdirmək istəyir