III turun yarışları keçiriləcək
05.09.2025 - 19:38
Sentyabrın 9-da cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 43 klub və idman cəmiyyətindən olan 253 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, cari ildə kişilər arasında Liqa yarışının son turudur. Bu turnirlər nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Yarış Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
- Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
- II Liqada VI turun təyinatları açıqlanıb
- Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
- Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq
- Aleksandr İsak: "Azərbaycanla keçiriləcək vacib oyunu səbirsizliklə gözləyirik”
0
0