Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.
90 kq çəki dərəcəsində Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib.
Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Murad da həlledici döyüşdə ipponla qalib gələrək, 3-cü yeri tutub.
- Xabi Alonso Rodriqo barədə: “Onun gələcəyi ilə bağlı hələ qərar verməmişik”
- UEFA-dan assosiasiyalara xəbərdarlıq: AVRO-2024-dən qovulma riski
- Millinin baş məşqçisi: "Hər kəs yaxşı nəticəyə köklənib"
- Azərbaycan Kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib
- Radamel Falkaonun yeni klubu bəlli olub