Rəşid Məmmədəliyevdən uğurlu start
15.06.2025 - 15:50
Rəşid Məmmədəliyevdən uğurlu start

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 3 təmsilçisi mübarizəyə start verib.

73 kq çəki dərəcəsində Hidayət Heydərov Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşıb. Olimpiya çempionumuz mübarizəni 1/16 finalda dayandırıb.

Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev isə günə uğurlu start verib. O, BƏƏ-ni təmsil edən Kazbek Naquşevə qalib gəlib.

57 çəki dərəcəsində Fidan Əlizadə serbiyalı Marika Perişiçlə üz-üzə gəlib. O, mübarizədə məğlub olaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur.