Azərbaycan millisinin sabiq cüdoçusu, Avropa çempionu, Olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək.
Apasport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün seminara dəvət olunub.
Bu, Portuqaliya tərəfinin dəvəti ilə gerçəkləşib. Orucov gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək və bu müddət ərzində üç fərqli idman kompleksində məşq keçəcək. Orucov idmançı karyerası ərzində onun vizit vərəqi olan imza texnikasını nümayiş etdirəcək.
Qeyd edək ki, Orucov Avropa Cüdo İttifaqının idman komissarıdır.
- Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
- Fransalı nazir: "Argentinalılardan irqçiliyə görə izahat tələb etməliyik"
- UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı
- "Qarabağ"da gözlənilməz ayrılıq - KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK
- Frits Ştuxlik və Sərxan Hacıyev Elçin Məsiyevə xüsusi mükafat verdi