Sumqayıtda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
22.06.2025 - 15:55
İyunun 28-də Sumqayıtda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, Cüdo Təlim Mərkəzində təşkil ediləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- “Qarabağ” təsdiqlədi: Rahil Məmmədov Polşa yolunda
- "Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
- Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
0
0