Üçqat olimpiya iştirakçısı Uşanqi Kokauri (+100 kq) qarışıq komandalar arasında cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı dekabrın 21-də klub turnirinin keçiriləcəyi Montpelyeyə (Fransa) yollanacaq.
Çempionlar Liqasının iştirak ərizəsində idmançılar klub mənsubiyyəti olmadan qeyd olunublar. Hazırda məlum olan odur ki, yarışda on üç ölkədən 128 cüdoçu iştirak edəcək. Yarış təşkilatçıları hamıdan çox iştirakçı ilə mübarizə aparacaqlar: tatamiyə 38 fransalı cüdoçu çıxacaq.
Qeyd edək ki, ötən həftə Kokauri Azərbaycan çempionu olub.
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- MPL: XXX turun iki görüşünün təyinatları açıqlanıb
- “Liverpul” Braziliya millisinin üzvü ilə bağlı qərarını verib
- Kiyev “Dinamo”sunun futbolçusu Azərbaycan millisinə çağırıla bilər
- Estoniya millisinin sabiq kapitanı: "Bu oyunun favoriti Azərbaycandır" - Müsahibə