Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz aktivinə daha bir qızıl medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.
Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Rahid Əmirquliyev: “Bütün Azərbaycanın gözü "Qarabağ"dadır“ - MÜSAHİBƏ
- Leroy Mikels ən yaxşı qolun müəllifi seçilib
- Elvin Məmmədov: “Ad çəkməyəcəm, doğru olmaz” - MÜSAHİBƏ
- Estoniya millisinin sabiq kapitanı: "Bu oyunun favoriti Azərbaycandır" - Müsahibə
- Şuşada keçiriləcək yarışın iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər