Altıqat olimpiya çempionu karyerasını bitirib
25.11.2024 - 15:16
Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.
- Balakəndə Respublika Şahmat Olimpiadası keçirilib - FOTO
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- “Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçidə razılıq verdi
- “Fənərbaxça”da prezident seçkiləri: Kutlualp namizədliyini geri çəkdi
- Milli komandalarımız İtaliya ilə qarşılaşacaq
0
0