Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat yayıb.
Xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qəbul olunub. Yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar verilib və beynəlxalq federasiyanın təqviminə salınıb.
Qeyd edək ki, dünya çempionatının 2027-ci ildə fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
- Azərbaycan yığması FİFA reytinqində 3 pillə geriləyəcək
- Ayxan Abbasov: “Bu məsələlər rəhbərliklə müzakirə olunmur”
- Niderland çempionatında qalmaqal: Oyunu 12 nəfərlə davam etdirdilər
- AFFA məşqçi lisenziyalarının yenilənmə kursları keçirəcək
- Vurğun Hüseynov: “Belçikaya qarşı oynayan əvvəlki heyətimiz indikindən güclü idi”