Azərbaycanlı döyüşçüdən UFC-də inamlı qələbə
16.02.2025 - 11:20

Las-Veqasda "UFC Fight Night" turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edib.
ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olub.
Nevada ştatında keçirilən döyüşün 1-ci raundundan sonra qalib müəyyənləşib.
Təmsilçimiz rəqibini üstələyib. Nəticədə Bonfimin sağ gözünün görmədiyi müəyyən edilib. Braziliyalı texniki nokaut qərarı ilə məğlub elan edilib.
Qeyd edək ki, Sadıxov indiyədək keçirdiyi 12 döyüşdən 10-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib.
- Əfran İsmayılov: "Şahruddin Azərbaycanın bir nömrəli qapıçısıdır" - MÜSAHİBƏ
- Azərbaycan çempionatında komanda sayının dəqiqləşəcəyi vaxt açıqlandı
- Ağasəlim Mircavadov: “Bizim heç-heçə etməyə də haqqımız yoxdur” - MÜSAHİBƏ
- Rövşən Hüseynlinin komandasından vacib səfər qələbəsi
- Vadim Abdullayev yubiley matçı keçirib
0
0