"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula 1"in ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Apasport.az xəbər verir ki, yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb.
Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri "Formula 1"də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.
- Misir yığması dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanıb
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
- Rəşad Sadıqov: “Qola reaksiya verə bilmədik” - VİDEO
- Gimnastika Federasiyası təlim-məşq toplanışı keçirir
- Boksçularımız Fərqanədə beynəlxalq turnirdə iştirak edəcək