“Formula 2”: Sərbəst yürüşə start verilib
19.09.2025 - 10:17
“Formula 2”: Sərbəst yürüşə start verilib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.

Apasport.az xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.

Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.