Lənkəranda Vinq Çun üzrə ölkə birinciliyi və çempionatı keçirilir
16.06.2026 - 18:42
Lənkəranda Vinq Çun üzrə ölkə birinciliyi və çempionatı keçirilir

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Vinq Çun Federasiyasının təşkilatçılığı ilə Vinq Çun üzrə növbəti ölkə birinciliyi və çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, çempionat yeniyetmələr, gənclər və böyüklər arasında “Vinq Çun Kontakt” və “Vinq Çun Taolu” kateqoriyaları üzrə baş tutub.

Yarışlarda federasiyanın nəzdində fəaliyyət göstərən klubları təmsil edən 250-dən artıq idmançı iştirak edir.

Yarışın yekun nəticələrinə əsasən ilk üç pillədə qərarlaşan idmançılar Azərbaycan milli yığma komandasının heyətinə daxil ediləcəklər.

Qalib komanda və fərdi idmançılar kateqoriyaya uyğun qızıl, gümüş və bürünc medallarla, diplomlar təqdim olunacaq. 

Füzuli, Qax, Zaqatala, Lənkəran, Astara, Cəlilabad və Bakı şəhərlərindən olan idmançılar öz güclərini sınayır.  Kişı idmançılarla yanaşı   xanımlar da “Vinq Çun Kontakt” və “Vinq Çun Taolu” kateqoriyaları üzrə yarışda iştirak edirlər. 

Qeyd edək ki, milli komandamız 22–27 iyul tarixlərində Çin Xalq Respublikasında keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.