“Maklaren”in yeni sahibi müəyyənləşib
03.04.2025 - 22:53
Abu-Dabidə yerləşən "CYVN Holdings" sərmayə fondu Formula 1 komandası "Maklaren"in səhmlərinə sahib çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə Britaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Maklaren" səhmlərinin idarəetmə hissəsinə sahib olan Bəhreynin "Mumtalakat Holding Company" şirkəti ilə "CYVN Holdings" arasında razılıq əldə olunub.
Qeyd edək ki, dəyişikliklərə baxmayaraq, komandanın idarəetməsində dəyişiklik olmayacaq. "Maklaren"də Pol Uolş sədr, Zak Braun isə yarışlar üzrə direktor vəzifəsini tutmaqda davam edəcək.
- “Neftçi” – “Qarabağ” matçında rekord
- Hansı oyun hansı kanalda? - Günün proqramı
- Afrika Millətlər Kuboku: Benzianın komandasının rəqibləri bəlli olub
- “Neftçi”nin bitməyən problemləri, komandanın çıxış yolu - TƏHLİL
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
0
0