Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub
18.10.2025 - 17:38

Azərbaycanın futzal millisi yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, yığma “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə üz-üzə gəlib.
Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Görüş Naxçıvan komandasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0