VI İslam Həmrəyliyi Oyunlarında bu gün Liviyanı 5:4 hesabı ilə məğlub edən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, startdakı qələbə barədə bunları söyləyib:
“İlk növbədə komanda uzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini və zəif olmadığımızı göstərdi. Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, uşaqların ürəyindəki istək, gözlərindəki alov sayəsində qələbə qazandıq. Əlbəttə, bu cür istəkli, əzmkar olmaq vacibdir. Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən inanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Təbii ki, onların dəstəyi futzalçılara əlavə güc, həvəs verirdi. Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Düzdür, bunu bəzən sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik”.
- 2025-ci il Asiya Qış Oyunlarının yarış cədvəli təsdiqlənib
- “Kəpəz”in yeni transferi: “Uğurlarda payımın olmasını istəyirəm”
- Qurban Qurbanov: “Komandamızın çıxışı gələcəyə ümid verdi”
- Mehdi Hüseynzadə adına stadiondakı oyunun biletləri satışa çıxarılır
- "Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib