
"Paris Paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm”.
Apasport.az xəbər verir ki, bunu pauerliftinq üzrə milli komandamızın üzvü Ceyhun Mahmudov deyib.
Paris-2024 Paralimpiya Oyunlarına lisenziya əldə edən təmsilçimiz Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib: “Öz ölkəni ən mötəbər idman yarışında təmsil etmək hər idmançıya nəsib olmur. Bu, karyeramın ən böyük uğurudur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim Vətənə medalla qayıtmaqdır".
Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsi Mahmudova iştirak lisenziyası (“bipartite”) verib.
- Makkolumdan 45 xal, "Pelikans"dan möhtəşəm geridönüş - VİDEO
- “Araz-Naxçıvan” sensasiyaya imkan verməyib
- Rivaldo: "Argentinaya azarkeşlik edəcəyəm"
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- İlkay Gündoğan: “Komandada daha çox qəzəb görmək istəyirəm”