Türkiyənin İstanbul şəhərində keçirilən Parabadminton üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə korta çıxıb.
Onlar qrup mərhələsində türkiyəli rəqiblərinə 2:0 hesabı ilə (Sudenaz Şanlı, Ali Altıparmak) qalib gələrək ilk qələbəsini qazanıb, ikinci görüşdə isə şotlandiyalı və polşalı duetə (Andrew Davies, Darija Bujnicka) 1:2 məğlub olub.
1/4 finalda fransalı rəqiblərini (Maxime Greboval, Pauline Pelle) 2:1 məğlub edən Z.Salmanlı və K.Coombs Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

- “Bavariya” “Barselona”nın rekordunu təkrarlayıb
- Premyer Liqa klubuna 50 milyonluq müdafiəçi
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı olub
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub