Yığmamız Qran-prinin qalibi olub
                    
                    23.11.2024 - 12:45
                        
                    
                    Azərbaycan millisi Serbiyanın Smederevo şəhərində gənclər arasında güllə atıcılığı üzrə Qran-Pridə daha 2 medal əldə edib.
Apasport.az xəbər verir ki, 10 metr pnevmatik tapançadan atəş yarışlarında oğlanlardan ibarət yığmamız komanda yarışında qalib adına yiyələnib.
Qızlardan ibarət millimiz isə Qran-prini gümüş medalla başa vurub.
Qeyd edək ki, daha öncə 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev bürünc medal qazanıblar.
                                
                                0
                                
                                0