Olimpiadalar tarixində rekord – Pekin-2022-də
18.02.2022 - 17:56
Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, skandinaviyalılar Pekin-2022-də 15 qızıl medal qazanıb.
Bu, “Ağ Olimpiadalar” tarixində yeni rekorddur. İndiyədək heç bir yığma Qış Oyunlarında bu qədər çempionluq yaşamayıb.
Əvvəlki rekord iki komandaya məxsus idi. Vankuver-2010-da Kanada, Pxençxan-2018-də Norveç 14 qızıl medal əldə edib.
- “Sabah” finalda - “Neftçi” kubokla vidalaşdı - YENİLƏNİB
- Kaxaber Tsxadadze: “Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır”
- Rəşad Sadiqov “Xankəndi” haqda: “Komandanın adı tam təsdiqlənməyib” - MÜSAHİBƏ
- “Fatih Karagümrük” 4 qolla qalib gəldi
- Mübariz Orucov: "Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm"
0
0