
Formula-1 üzrə Avstriya Qran-Prisinə yekun vurulub.
Apasport.az-ın saytı məlumatına görə, 71 dövrəlik yarışı hollandiyalı Maks Ferstappen qazanıb.
Bu “Red Bull” pilotunun mövsümdəki 7-ci qələbəsi olub. Növbəti yerləri Şarl Lekler (“Ferrari”) və Serxio Peres (“Res Bull”) tutublar. Ən sürətli dövrə vuran Ferstappen 26 xal toplayıb. Nəticədə xallarının sayını 229-a yüksəldən Maks ikinci yerdə qərarlaşan komanda yoldaşını xeyli qabaqlayır. Avstriyada üçüncü olan Peresin hesabında 148 xal var.
Qeyd edək ki, bir gün əvvəl keçirilən sprint yarışında da Ferstappen qələbə qazanmışdı.
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- PSJ-dən 80 milyonluq təklif
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb
- Ronaldo karyerasının 750-ci qolunu vurdu