Qəza keçirən idmançı Paris-2024-də iştirak etməyəcək
26.07.2024 - 12:18
Danimarkalı velosipedçi Solbyörk Minke Anderson Paris-2024 Yay Olimpiya Oyunlarını buraxacaq.
Apasport.az xəbər verir ki, buna futbolçunun xəsarət alması səbəb olub.
Danimarkada evinin yaxınlığında məşq edən zaman velosipedçini avtomobil vurub və körpücük sümüyü zədələnib.
Paris-2024-də Andersonu ikiqat ölkə çempionu Rebekka Kerner əvəzləyəcək.
Qeyd edək ki, Olimpiya Oyunlarında velosiped yarışları iyulun 27-dən avqustun 4-dək keçiriləcək.
- Azərbaycanlı referi Mahir Emrelinin komandasının oyununa təyinat aldı
- Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
- Bellinqemə ölkəsindən növbəti təklif
- "Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib
- Şahruddin oynadı, komandası "Qalatasaray"a məğlub oldu - VİDEO
0
0