“Red Bull” “Maklaren”in uğurunu təkrarladı
09.07.2023 - 22:11
“Formula-1” pilotu Maks Ferstappen ardıcıl 6-cı qələbəsini qazanıb.
Apasport.az saytı xəbər verir ki, “Red Bull” sürücü Böyük Britaniya Qran-Prisində finis xəttini birinci keçib.
Hollandiyalı pilot mövsümdə 8-ci dəfə qalib olub. Növbəti yerləri Lando Norris və Lyuis Hemilton tutublar.
“Red Bull” son 21 Qran-prinin 20-də qazanıb. 11 ardıcıl uğurla komanda “Maklaren”in 1988-ci ildəki uğurunu təkrarlayıb. O vaxt Ayrton Senna və Alen Prost belə nəticə göstərmişdi.
Qeyd edək ki, Ferstappen 8, onun komanda yoldaşı Serxio Peres isə 3 dəfə qələbə qazanıb.
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
- Cüneyt Biçer: “Mahirin heyətə düşüb-düşməməsi öz əlindədir” - MÜSAHİBƏ
- Futbol tarixinin ən bahalı simvolik “11-liy”i
- Samir Abasov: “İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”
- Paraüzgüçümüz Dünya seriyasında gümüş medal qazanıb
0
0