Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdir.
Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadır. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.
- Maliyə uduzdular, baş məşqçi yola salındı
- Premyer Liqa: 2026/2027 mövsümündə istifadə ediləcək toplar müəyyənləşib
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- "Turan Tovuz" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək
- Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər