Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ikinci gününün günorta sessiyasında qarışıq komandalar arasında təsnifat yarışları keçirilib.
1-ci yeri tutan Danimarka, həmçinin Böyük Britaniya, İsveç, İslandiya, Norveç və İtaliya finala vəsiqə qazanıb. Avstriya, Niderland, Çexiya və Finlandiya ilkin mərhələdə iştirakını bitirib.
Növbəti kişi komandalar arasında təsnifat yatışı olacaq. Ev sahiblərinin heyətində yer alan idmançılar: Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev. Çingiz Vəliyev ehtiyatdadır.
Avropa çempionatında 14 ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibi komandaları mübarizə aparır. 541 iştirakçı 46 komandaya bölünüb.
Qeyd edək ki, "TeamGym" Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. O, üç alətdə çıxışlardan ibarətdir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Kamran Quliyev: “Bir oyuna görə heç kimi mühakimə etmək olmaz”
- Potter imtina etdi, “Qarabağ”ın rəqibinin baş məşqçisinə yol açıldı
- Ən çox təzminat alan baş məşqçilərin SİYAHISI
- Almaniya klubu II Bundesliqanın bombardirini transfer edib