“Bakıda keçirilən Avropa kubokunda çıxışımdan razı qaldım”.
Apasport.az xəbər verir ki, bunu paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun qalibi Boryana Kaleyn deyib.
Bolqarıstanlı gimnast Bakıda 2 qızıl medal qazanıb. Kaleyn topla və lentlə çıxışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, yeni formatın maraqlı olduğunu bildirib: “Çıxışımı uğurla başa vura bildim. Maraqlı formatda ilk dəfə keçirilən Avropa kubokunda qələbə qazandığım üçün çox şadam. Bu yarış Budapeştdə təşkil olunacaq Avropa çempionatı və Paris-2024 Olimpiadası öncəsi yaxşı sınaq oldu”.
Kaleyn turnirin təşkilatçılığını yüksək qiymətləndirib: “Burada komandalar güclü heyətlə çıxış edirdilər. Təşkilatçılıq yüksək səviyyədə idi. Möhtəşəm zal və atmosfer, azarkeşlərin dəstəyi – hər şey əla təşkil olub”.
Qeyd edək ki, ilk dəfə təşkil olunan Avropa kubokuna bu gün yekun vurulacaq.
- Füzuli Məmmədov: "Turan Tovuz"un qələbəsinə kölgə salmaq istəmirəm”
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
- ABL: "Neftçi" "Abşeron"la üz-üzə
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
- Enzonun "Çelsi"dəki gələcəyi bəlli olub