Bakı keçirilən "TeamGym" üzrə Avropa çempionatında ilk finalçılar bəlli olub.
Apasport.az xəbər verir ki, yarışın birinci günündə yeniyetmələr arasında təsnifat mərhələsi keçirilib.
Reqlamentə görə 5 ölkənin təmsilçiləri həlledici mərhələyə vəsiqə qazanıblar. Kişilərin mübarizəsində Danimarka, Norveç, İsveç, Böyük Britaniya və İslandiya bu hüququ əldə ediblər. Qadınlarda isə Danimarka, Norveç, Böyük Britaniya, İslandiya Finalndiya və İtaliya medallar uğrunda yarışacaq.
Qarışıq komanda yarışılarında isə İslandiya, Böyük Britaniya, Danimarka, Norveç və İsveç finala yüksəlib.
Qeyd edək ki, yeniyetmələrin mübarizəsində qaliblər oktyabrın 18-də bəlli olacaq.
- “Kəpəz”in kapitanı gələcəyi ilə bağlı qərar verdi
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- Fernandu Santuş: “Bunu biabırçı məğlubiyyət adlandırmazdım”
- “Fənərbaxça”dan Aktürkoğluna növbəti təklif: “Benfika”dan rədd cavabı
- “Neftçi”nin baş məşqçisi: “Cavab oyununa daha yaxşı hazırlaşacağıq”