Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər
23.07.2024 - 12:54
Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.
Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- "Neftçi" "Kəpəz"lə matça bir itki ilə çıxacaq
- 3-cü dəfə eyni klubun baş məşqçisi təyin olundu
- Misli Premyer Liqası: “Neftçi”– “Zirə” matçının təyinatları açıqlanıb
- Portuqaliyanın U-17 yığması tarixində ilk dəfə dünya çempionu olub
0
0