Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
24.03.2025 - 11:59
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.
Məlumata görə, Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər. Onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- 2-ci Fiqo qalmaqalı: Meydançaya donuz başı atıldı - VİDEO
- Millimizin açıq məşqi keçirilib - FOTO
- Federasiya rəhbərliyi mundial öncəsi Azərbaycan millisi ilə görüşdü
- "Mançester Yunayted"in qış planları
0
0