İkiqat dünya çempionu Mixail Malkin iyulun 5-6-da Koimbrada (Portuqaliya) keçiriləcək Dünya kubokuna qatılacaq.
Apasport.az xəbər verir ki, tamblinq üzrə Azərbaycan yığmasının liderinin növbəti turniri avqustun 7-17-də Çenqduda (Çin) baş tutacaq Dünya Oyunları olacaq.
Digər tamblinq ustalarımız Adil Hacızadə, Tofiq Əliyev və Bilal Qurbanov da Portuqaliyada təşkil olunacaq Dünya kubokunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan tamblinq ustaları bu il dünya çempionatında artıq fərqləniblər. Bakıda keçirilən mövsümün ilk mərhələsində Hacızadə qızıl, Əliyev isə gümüş medal qazanıb.
- Millimizin Skopyedəki oyununun hakimləri açıqlandı
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Montella: "Bu birliyi qorumaq məcburiyyətindəyik"
- Avropa çempionatı: Daha 3 boksçumuz mərhələ adlayıb
- Təyyarə qəzasında həlak olan 13 yaşlı futbolçu ilə vida mərasimi keçirilib - FOTO